Korlanmış Əmlakın Reallaşdırılması

sığortaçının “tam məhv olma” şərti altında sığorta etdirənə ödəniş verdiyi sığortalanmış əmlakın (adətən korlanmış) satışından sığortaçının əldə etdiyi məbləğ.
Kopirayt
Korner
OBASTAN VİKİ
Korlanmış sektor
Korlanmış sektor (Bad sector) – zədələndiyinə və ya hər hansı səbəbdən korlandığına görə diskin (informasiya daşıyıcısının) verilənləri saxlamaq üçün yararsız olan sektordur. Əməliyyat sisteminin vəzifələrindən biri diskdə olan korlanmış sektorların tapılması, nişanlanması və istifadədən çıxarılmasıdır. Diskin formatlanması utilitidə korlanmış sektorları axtarıb-tapa və nişanlaya bilər. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Daşınmaz əmlakın inkişafı
Daşınmaz əmlakın inkişafı və ya mülkiyyətin inkişafı mövcud tikililərin təmiri və yenidən icarəyə verilməsindən tutmuş xam torpağın alınmasına və inkişaf etdirilmiş torpaq və ya torpaq sahələrinin başqalarına satılmasına qədər fəaliyyətləri əhatə edən biznes prosesidir. Əmlak inkişafetdiriciləri bütün bu fəaliyyətləri koordinasiya edən, ideyaları kağızdan daşınmaz əmlaka çevirən insanlar və şirkətlərdir. Daşınmaz əmlakın inkişafı konstruksiya və tikintidən fərqlidir, baxmayaraq ki, bir çox inkişafetdirici də tikinti prosesini idarə edir və ya konstruksiya ilə məşğul olur. İnkişafetdiricilər torpaq alır, daşınmaz əmlak sövdələşmələrini maliyyələşdirir, layihələr tikir və ya sifariş verir, birgə müəssisələr vasitəsilə layihələr hazırlayır və inkişaf prosesini əvvəldən sona qədər yaradır, təsəvvür edir, nəzarət edir və təşkil edir. İnkişafetdiricilər çox vaxt daşınmaz əmlakın yaradılmasında və ya təmirində ən böyük riski götürür və böyük gəlir əldə edirlər. Tipik olaraq, inkişafetdiricilər torpaq alır, əmlakın marketinqini müəyyənləşdirir, tikinti proqramını və dizaynını hazırlayır, lazımi ictimai razılıq və maliyyələşdirməni əldə edir, strukturları tikir, icarəyə verir, idarə edir və son nəticədə satır. Bəzən əmlak inkişatetdiriciləri prosesin yalnız bir hissəsini öz üzərinə götürürlər. Məsələn, bəzi inkişafetdiricilər bir əmlak alır və planları və icazələri ilə birlikdə əmlakı yüksək qiymətə inşaatçıya satmazdan əvvəl planları və icazələri təsdiqlədərlər. Alternativ olaraq, həm də inşaatçı olan bir inkişafetdirici, planlaşdırma və icazə təsdiqini ala bilməmək riskindən qaçınmaq və dərhal tikintiyə başlaya bilməsi üçün planları və icazələri olan bir əmlak ala bilər. İnkişafetdiricilər bu prosesin hər bir addımında memarlar, şəhər planlaşdırıcıları, mühəndislər, tədqiqatçılar, müfəttişlər, podratçılar, hüquqşünaslar, lizinq agentləri və s.